Kateqoriyasız

“Legiya”lı məşqçi “Səbail” oyunundan danışdı: “Matçın bizim nəzarətimizdə keçəcəyini gözlədik”

“Matçın bizim nəzarətimizdə keçəcəyini gözlədik. Topa daha çox sahib olub rəqibə təzyiq qurmalıydıq”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın məşqçisi İnyaki Astis  “Səbail”lə keçirilən yoxlama matçının (2:2) ardından klubun saytına açıqlamasında deyib.

Sabiq futbolçu daha sonra belə davam edib:

“Çoxlu imkanlarımız oldu. Vurduğumuz qollardan başqa da şanslarımız var idi. Belə görüşlərdə hakim performansı barədə danışmaq istəməzdim. Ancaq penalti qərarında səhv etdiyini özü də bildi. Liqa oyunlarında VAR olduğu üçün orada belə səhvlər olmaz”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43