Dünya futbolu

Lempard millidə çalışa bilər

“Çelsi”nin sabiq futbolçusu və baş məşqçisi Frenk Lempard milli komanda çalışdıra bilər.

İdmanxeber.az məlumat verir ki, 45 yaşlı mütəxəssis Kanada milli komandasını başçılıq etməyə yaxındır. Bu barədə “Telegraph” nəşri məlumat yayıb.

Kanada millisini son olaraq Con Herdman çalışdırıb. Hazırda bu postda müvəqqəti olaraq Mauro Biello işləyir.

Xatırladaq ki, Kanada Amerika və Meksika ilə birlikdə 2026-cı ildə keçiriləcək Dünya Çempionatının 3 ev sahibindən biridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43