Kateqoriyasız

Lənkəranlı azarkeşlərin qisası baş tutmayacaq: “Ləğv edilmir, təxirə salınır”

Bu gün Premyer Liqanın XXVIII turu çərçivəsində “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Bakıdakı oyunda ağdamlı azarkeşlərin meydana limon ataraq cənublu fanatların qəzəbinə səbəb olmuşdu. Bu gün baş tutacq qarşılaşmada lənkəranlı azarkeşlər buna cavab verməyəcəklər. 

Klubun azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi Elman Tağıyev “facebook”da etdiyi paylaşımla vəziyyətə belə aydınlıq gətirib:

“Sabahkı oyunla bağlı nəzərdə tutulan planlar ləğv edilmir, təxirə salınır. Vətənin indiki durumunda sizi heç bir təxribata uymamağa çağırıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43