Dünyadan

“Lester” Avropa nəhəngləri ilə yarışacaq

Amerika Burləşmiş Ştatlarında keçiriləcək “International Champions Cup-2016” turnirində “Lester” klubu da çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, turnirdə Avropanın top liqalarında oynayan klublar qüvvəsini sınayacaq.

“Lester”dən başqa çempionatda “Liverpul”, “Çelsi”, “Barselona”, “Real”, “Milan”, “İnter”, “Bavariya”, PSJ və “Seltik” kimi klublar da mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43