Dünya futbolu

“Lill”in prezidenti: “Transfer dövründə hər şey ola bilər”

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Lill”in prezidenti Miçel Seydu football.fr saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, komandasının 22 yaşlı mərakeşli futbolçusu Sofiyan Bufalın gələcəyi barədə danışıb.

“Mən futbolda köhnə itlərdənəm və bilirəm ki, trasfer pəncərəsi ərzində hər an hər şey ola bilər. Bufal özünü yaxşı tərəfdən göstərir. Ola bilsin ki, onu komandada tutmaq çətin olsun, amma onun bizimlə qalmasını istəyirik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43