Dünya futbolu

“Liverpul” kolumbiyalı oyunçuyla sözləşmə uzatmaq istəyir

”Liverpul” Luis Diasın müqaviləsini uzadacaq.

İdmanxeber.az məlumat verir ki, Mersisayd klubu kolumbiyalı oyunçuyla bu barədə razılığa gəlməyə yaxındır. Onunla PSJ və “Barselona” maraqlansa da, Dias “Liverpul”da xoşbəxtdir.

Dias 2022-ci ilin yanvarından “qırmızılar”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 42 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43