Kateqoriyasız

“Liverpul”un sabiq üzvü Azərbaycan klubunun planlarını alt-üst etdi, Amerikanı seçdi

Bakı “İnter”inin transfer etmək istədiyi macarıstanlı futbolçu Kristian Nemet paytaxt klubuna “yox” deyib.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bildirib.

Bank klubunun rəsmisi qeyd edib ki, 25 yaşlı forvardla maliyyə məsələsində ortaq məxəcə gəlmək mümkün olmayıb. Son mövsümü Hollandiya “Roda”sında çıxış edən hücumçu Amerika klublarının biri ilə anlaşıb.

Qeyd edək ki, Nemet 2012-ci ildən bu yana şərəfini qoruduğu “Roda”da 45 oyuna 10 qol vurmuşdu. O, 2007-2010-cu illərdə “Liverpul”da da çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43