Premyer Liqa

Topaz Premyer Liqası: 15-ci tur rəqəmlərin gözü ilə

Bu həftə Topaz Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, eyni gündə baş tutacaq turun mərkəzi oyunu isə “Qarabağ” və “Neftçi” arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edir.

XV tur

07 dekabr (bazar)

“Xəzər Lənkəran” – “Qəbələ” – 23 oyun, +12=5-5, top fərqi 32:20

Lənkəran təmsilçisi əvvəlki 23 oyunda böyük üstünlüyə malikdir. Son 4 matçda uduzmayan, ardıcıl 3 oyundur meydanı qolsuz tərk etməyən cənublular indiyədək yalnız 1 ev görüşündə məğlub olub.

“Qarabağ” – “Neftçi” – 57 oyun, +18=22-17, top fərqi 55:55

Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 58-ci dəfə üz-üzə gələcək. Minimal üstünlüyə malik “Qarabağ” son 5 oyunda rəqibinə uduzmayıb. Komandaların son 4 görüşündə hər iki komanda qol sevinci yaşayıb.

“Sumqayıt” – “Simurq” – 11 oyun, +0=1-10, top fərqi 6:20

12-ci duel öncəsi “Simurq” aşkar üstünlüyə malikdir. İndiyədək qələbə qazanmayan “Sumqayıt” cəmi 1 xal qazanıb. Zaqatala təmsilçisi bütün matçlarda rəqib qapısına qol vurub.

“İnter” – AZAL – 23 oyun, +7=11-5, top fərqi 20:19

24-cü paytaxt derbisi ərəfəsində “İnter” üstünlüyə malikdir. Son 5 qarşılaşmada onlar meydanı qolsuz tərk etməyib. AZAL isə son 4 görüşdə cəmi 1 xal qazana bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43