Dünyadan

“Ludoqorets”in müdafiəçisi penaltiləri dəf etdi, tarix yazdı – VİDEO

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Ludoqorets" – "Styaua" matçı maraqlı məqamla yadda qalıb. 

İdmanxeber.com-un məlumatına görə, cavab matçında bolqarlar 1:0 hesabı ilə qələbə qazanıb. İlk oyunda "Styaua" belə bir hesabla qələbə qazandığına görə, matç uzatmalara gedib. Burada da qol səsi çıxmayınca cütün taleyini penaltilər müəyyənləşdirib. Lakin əlavə vaxtın ikinci hissəsində "Ludoqorets"in qapıçısı Vladislav Stoyanov qırmızı vərəqə alaraq birbaşa meydandan qovulub. Əvəzləmə limiti bitən meydan sahiblərində mərkəz müdafiəçi Kosmir Moti qapıya keçib.

Müdafiəçi isə penaltilər seriyasında 2 dəfə rumınların topunu dəf edərək, komandasını Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə daşıyıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43