Kateqoriyasız

Luka Modriç: “Prosineçki bizi yaxşı tanıyır”

Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı səfər matçı öncəsi fikirlərini açıqlayıb:

“Əlbəttə, bu oyunda uğur qazanmağımız özümüzdən çox asılı olacaq. Amma indiki Azərbaycan yığması tam fərqli komandadır. Bu, Osiyekdə 6 cavabsız qol buraxan komanda deyil. Yeni baş məşqçiləri var, son iki matçda çox yaxşı futbol sərgiləyiblər, səfərdə Norveçdən xal alıblar. Bütün bunlar rəqib komandadakı inkişafdan, həmçinin bu komanda ilə oyunumuzun çətin keçəcəyindən xəbər verir. Qələbənin bizə necə vacib lazım olduğunu yaxşı bilirik. Ona görə də mütləq qələbə qazanmağa çalışacağıq. Yaxşı hazırlıq keçmişik. Yaxşı oyun sərgiləyib, qalib gəlməliyik. Prosineçki bizi yaxşı tanıyır. Amma məncə, bu, elə də vacib əhəmiyyət daşımır. Əsas bizim meydanda nümayiş etdirəcəyimiz oyundur. Azərbaycan və Malta ilə oyunlarda qazanacağımız 4 xal da pis nəticə sayılmayacaq. Amma biz altı xal əldə etməyə səy göstərəcəyik. Mən həm də ilk dəfə yığmanı kapitan sarğısı ilə meydana çıxaracağam. Buna görə də qürur duyuram. Bu, böyük fəxr və məsuliyyətdir. Kapitan sarğısı ilə çıxdığım ilk oyunda müsbət nəticə qazanmağımızı istərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43