19 Sentyabr 2024
Ölkə futbolu

“Lunyov olmasaydı, “Qarabağ”a 18 qol vurardılar”

“Qarabağ” kimi komanda ilə Avropa Liqasının pley-off mərhələsinə yüksələn Andrey Lunyova görə çox şadam. Bu, çox dəyərlidir”.İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Rusiya yığmasının sabiq üzvü Vladislav Radimov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

 “Qarabağ”ın “Bayer”lə səfər oyununa baxdım. Onlara 5 qol vurdular, amma Lunyov olmasaydı, “Qarabağ”a yəqin ki, 18 qol vurardılar”.

“Qarabağ”ın Avropa Liqasının pley-off mərəhləsindəki rəqibi bu gün keçiriləcək püşkatma mərasimində bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43