Ölkə futbolu

“Mənə hansı oyunda sarı vərəqə verimirlər”? – Samir Abasov

“Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 29-cu turunun “Neftçi” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– “Sumqayıt” avrokuboklara gedə bilsə, yaxşı olacaq. Gedə bilməsə, futbol ədalətsizliyini görəcəyik?

– Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik…Analiz edib deyə bilərəm. 100 faizli qol epizodlarımız bir addım daha çox idi. Oyunu uda bilərdik. “Neftçi”nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə kritik nöqtələr var ki, “Neftçi” oyunçuları onu daha dəqiq verə bilərdilər.

– Elçin Məsiyevə yumruğu göstərdiniz. Futboldan kənar olsaydı, ona nə edərdiz? Sizə sarı vərəqə verildi…

– S Həmin epizodda Rauf Cabbarov deyir ki, haqlısan, sadəcə baş hakim yalnışlığa yol verdi. Yaxşı ki, özümü cilovlaya bildim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43