Ölkə futbolu

Məşqçi sirkulasiyası

Azərbaycan Premyer Liqasında bu mövsüm 5 komanda sezona başladığı məşqçiylə yola davam edir.

İdmanxeber.az məlumat verir ki, 10 klubun mübarizə apardığı çempionatımızda 5 komanda artıq məşqçisini dəyişib. Bunlar “Kəpəz”, “Neftçi”, “Sabah”, “Qəbələ” və “Araz-Naxçıvan”dır. Son olaraq mövsümə Azər Bağırovla başlayan Naxçıvan təmsilçisi onu Elmar Baxşıyevlə əvəzlədi.

Mövsümə “Qəbələ”də başlayan Baxşıyev ard-arda gələn uğursuz nəticələrdən sonra vəzifəsindən istefa vermişdi.

2023-2024 futbol ilinə başladığı məşqçilərlə yola davam edən komandalar isə bunlardır – “Qarabağ” (Qurban Qurbanov), “Zirə” (Rəşad Sadıqov), “Sumqayıt” (Samir Abasov), “Turan Tovuz” (Ayxan Abbasov) və “Səbail” (Şahin Diniyev). Bu 5 klub turnir cədvəlində ilk “7-lik”də qərarlaşıb. Aralarında ən azı xal toplayan klub (38) “Səbail”dir.

Azərbaycan Premyer Liqasında klubunda ən uzun müddət işləyən mütəxəssis Qurban Qurbanovdur. O, 2008-ci ildən “Qarabağ”a başçılıq edir. Onu sabiq oyunçusu Rəşad Sadıqov izləyir. Gənc çalışdırıcı 2020-ci ilin yayından “Zirə”də fəaliyyət göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43