Kateqoriyasız

Madriddə “Real” və “Atletiko”nun böyük formaları asılacaq

Madridin Puerta-del-Sol meydanında “Atletiko” və “Real”ın böyük formaları nümayiş etdiriləcək

İdmanxeber.com-un məlumatına görə, bu xəbəri “Mundo Deportivo” nəşri verib.

Komandaların Çempionlar Liqasının finalına yüksəlməsinə görə ediləcək tədbir iki il öncə də olmuşdu.

2014-cü ildəki finaldan öncə də sözügedən komandaların formaları şəhərdə asılmışdı. Həmin vaxt da Madrid komandaları finalda idi və “Real”(4:1) qələbə qazanmışdı.

“Real” – “Atletiko” matçı mayın 28-ə Milanda, “San Siro” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43