“Olimpiakos”un futbolçusu Alan Pulido vətəni Meksikada qaçırılıb.
İdmanxeber.com-un məlumatına görə, sevgilisi ilə gecə klubların birinə əylənmək üçün gedən futbolçu naməlum şəxslər tərəfindən qaçırılıb.
25 yaşlı futbolçunun mafiya tərəfindən qaçırıldığı bildirilib.
Futbolçunun ailəsi Pulidodan heçş bir məlumat ala bilməyincə polisə müraciət edib. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.