Kateqoriyasız

Mahir Emreli yenidən zədələndi

Xorvatiya “Dinamo”sunun üzvü Mahir Emreli yenidən zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə “Slaven”ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.

O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43