Kateqoriyasız

“Mahirin liqanın ulduzu olmaq potensialı var” – “Legiya”nın baş məşqçisi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasınmı geyindiyi Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.

51 yaşlı mütəxəssis “Mahir Emrelinin liqanın ulduzu olma potensialı varmı?” sualını belə cavablandırıb:

“Kaş ki, olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Emreli oyuna qoşulmağı sevən futbolçudu. Meydanda çox qaçır. Liqanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm”.

Mahir Emreli bu yay transfer olduğu “Legiya”da meydana çıxdığı 2  yoxlama oyununda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43