Kateqoriyasız

“Mahirin yaxşı texnikası var və son vuruşları effektivdir” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avstriya Regional Liqasında çıxış edən “Bişofshofen”lə yoxlama matçında (5:0) het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə danışıb.

51 yaşlı mütəxəssis 23 yaşlı hücumçunun cərimə meydançasında yaxşı oynadığını bildirib:

“Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir. Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43