Dünya futbolu

Mahirli “Dinamo” “Milan”a məğlub oldu – VİDEO

Azərbaycan milllisinin üzvü Mahir Emrelinin də oynadığı “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tur matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi səfərdə “Milan”a 1:3 hesabı ilə uduzub. Emrelinin adı sözügedən görüşün iştirak ərizəsində yer alsa da, Mahir meydana daxil olmayıb

Qeyd edək ki, hazırda E qrupunda “Milan” 4 xall 1-ci, “Dinamo” 3 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43