İdman

Mahmud Qurbanov: “Qurban müəllim bəlkə başqa məşqçilərlə işləməyi düşünür, nə deyim….?”

“Əvvəla onu deyim ki, Qurban Qurbanovu yeni təyinatı münasibəti ilə təbrik edirəm. İnşallah, uğurlu olar”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri milli komandamızın məşqçisi (Robert Prosineçkinin köməkçisi) Mahmud Qurbanov deyib. “Qarabağ”ın çalışdırıcısının yığmaya baş məşqçi təyin olunmasına münasibət bildirən veteran futbolçu “Q.Qurbanovla çalışacaqsızmı?” sualına belə cavab verdi: “İnşallah, “Qarabağ”dakı uğurlu çıxışı milli komandamızda da görərik. Müqaviləmiz dekabrda başa çatır. Bizə bu barədə heçnə deməyiblər. Bəlkə Qurban müəllim başqa məşqçilərlə işləməyi düşünür, nə deyim…”?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43