Ölkə futbolu

Makedoniya yığmasının üzvü “Qarabağ”da!

“Qarabağ” Makedoniya yığmasının müdafiəçisi Vladimir Dimitrovskini transfer edib.

İdmanxeber.com sportinfo.az-a istinadən xəbər verir ki, Yunanıstanın “Kerkira” komandasından ayrılan mərkəz oyunçusu sentyabrın 10-da Azərbaycana gələcək.

25 yaşlı legioner millinin heyətində İspaniyaya qarşı Avropa çempionatının seçmə mərhələ oyunundan sonra burda olacaq. Onunla 2 illik anlaşma bağlanılıb.

Qeyd edək ki, ilk olaraq Qaynar.info saytı “Qarabağ”ın mərkəz müdafiəçisi axtardığını xəbər verib. Bunun üçün Ağdam təmsilçisinə hollandiyalılar – Henriko Drost və “Şeffild Uensdey”də oynayan Kurasao millisinin üzvü Daril Laxman təklif olunub. Ancaq sonda “Qarabağ” Makedoniya yığmasının üzvünə üstünlük verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43