İdman

“Mançester Siti” – “Barselona” matçının hakimləri bəlli oldu – Əliyar Ağayev

UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti”  – “Barselona” oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın saytı məlumat yayıb  Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43