19 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti” “Bavariya”nın futbolçusu üçün hərəkətə keçir

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix “Mançester Siti”nin hədəfinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı almaniyalı Pep Qvardiolanın siyahısında ilk yerlərdən birini tutur. “Mançester Siti” yayda Kimmixi transfer etməyə cəhd edəcək.

Bu mövsüm Kimmix “Bavariya”nın heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Transfermarkt portalı onun dəyərini 75 milyon avro qiymətləndirir. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43