Dünyadan

“Mançester Siti” də derbi öncəsi ciddi itki

“Mançester Siti” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı futbolçusu David Silva İngiltərə Liqa kubokunun 1/8 finalında “Nyukasl”a məğlub olduğları oyunda (0:2)  zədələnərək sıradan çıxıb. Bu səbəbdə də futbolçunun həftəsonu keçiriləcək “Mançester Yunayted”lə oyunu buraxacağı bildirilir.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək “Mançester Siti” – “Mançester Yunayted” oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43