Dünya futbolu

“Mançester Yunayted” heyətdə yenilənməyə gedəcək

”Mançester Yunayted” yayda Antoni üçün gələn təklifləri dəyərləndirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın yeni rəhbərliyi komandaya yeni nəfəs gətirmək üçün yayda azı 10 oyunçuyla yollarını ayıracaq. Antoninin də bunlardan biri olacağı gözlənilir.

Braziliyalı vinger 2 il əvvəl “Ayaks”dan MY-ə transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 26 oyunda cəmi 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43