Dünya futbolu

“Mançester Yunayted” Neymarı transfer edir

“Barselona”nın ulduz futbolçusu Neymar “Mançester Yunayted”ə keçə bilər.

İdmanxeber.com-un xəbərinə görə, bu barədə İspaniyanın məşhur “Don Balon” nəşri məlumat yayıb. Nəşr “Mançester Yunayted”in Neymarı transfer üçün hərəkətə keçdiyini bildirib.

Məlumata görə, komandanın baş məşqçi Joze Mourinyo bu keçidin baş tutmasını israrla istəyir. “Qırmızı-şeytanlar” bu məqsədlə futbolçunun müqaviləsindəki 200 milyon avroluq maddədən yararlanacaq. Neymar özü də İngiltərəyə getmək istədiyindən “Mançester Yunayted” bu məbləği ödəyib onu heyətinə qatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43