“Mançester Yunayted” Markus Raşfordla müqavilənin uzadılması ilə bağlı danışıq aparır
İdmanxeber.az ESPN nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hazırkı sözləşmə şərti ilə ingiltərəli futbolçuya uzunmüddətli müqavilə bağlamaq niyyətindədir.
Rəhbərlik Raşfordla mövsümün sonuna qədər razılaşacağına ümid edir.
Ulduz futbolçu cari mövsüm Premyer Liqada 26 oyunda 14 qol vurub.