Dünyadan

“Mançester Yunayted” üçün böyük itki

İngiltərə Premyer Liqasının ilk turunda bu gün “Suonsi” ilə üz-üzə gələcək “Mançester Yunayted” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar”ın aparıcı futbolçularından olan Robin van Persi sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Hollandiyalı hücumçu DÇ-2014-dən sonra fiziki cəhətdən tam hazır olmadığı bir neçə həftə oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43