Dünya futbolu

“Mançester Yunayted”dən PSJ-yə

Fransanın PSJ klubu “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı heyətinə qatır.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə razılaşıb.

Mövsümün sonunda “qırmızı şeytanlar”la müqaviləsi başa çatan fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43