Dünya futbolu

“Mançester Yunayted”in qapıçı planı

“Mançester Yunayted” “Borussiya”nın qapıçısı Qreqor Kobellə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” David De Xeayla yeni müqavilə şərtləri ilə bağlı danışıqlara baxmayaraq, 25 yaşlı qolkiperlə sözləşmə imzalamağı düşünür.

Erik ten Haq De Xeanın komandada qalmasını istəyir. Lakin o, qapıçı xəttində rəqabət yaratmaq niyyətindədir. 

Hazırda Kobelin Dortmun təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi hesablanıb.

O, bu mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 33 oyun keçirib və 35 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43