Ölkə futbolu

“Kəpəz” rəhbərliyi Əhmədovun səhvlərini düzəltməyə çalışır

“Kəpəz” klubu növbəti mövsümün planlamasına başlayıb.

Premyer Liqada qalmağı təmin edən bölgə klubu növbəti mövsüm daha da iddialı olmaq niyyətindədir. “Sarı-göylər” kluba cəlb ediləcək yeni sponsorla bərabər daha güclü komanda qurmağı planlayır.

Bu mövsüm heyətdə çıxış edən oyunçuların əksəriyyətinin müqaviləsi mövsüm sonu başa çatır. Hazırda heç bir futbolçu ilə rəsmi danışıqlar başlamasa da, rəhbərlik əsas heyət üzvlərini komandada saxlamaq niyyətindir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bunlar Giorgi Kantarya, Yeqor Xvalko, Ahmet Ayzaya və Martins Juniordur. Adıçəkilən oyunçular cari mövsüm performansları ilə diqqətləri üzərlərinə çəkməyi bacarıblar. 

Bu səbəbdən də rəhbərlik futbolçuları buraxmaq niyyətində deyil. Yaxın vaxtda oyunçulara yeni müqavilə təklif ediləcək. Hətta bəzi legionerlər maaşlarının artırılmasını istəyib, rəhbərlik də bunu qəbul edib.

Bunlarla yanaşı, komandadan göndəriləcək futbolçular da bəllidir. Tərlan Əhmədovun istəyi ilə qışda heyətə cəlb edilən Salif Sisse və Mario Mustapiçlə yollar ayrılacaq.

Gözləntiləri doğrultmayan və azarkeşlərin də səbr kasasına dolduran iki isimlə də mövsüm sonu vidalaşılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43