Dünya futbolu

Mane “Mançester Yunayted”ə keçə bilər

“Bavariya”nın hücumçusu Sadio Mane “Mançester Yunayted”ə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı futbolçu Münhen təmsilçisindən ayrılmaq istəyir. O, yayda klubu tərk edəcək.

“Mançester Yunayted” isə yayda komandanın hücum xəttini gücləndirmək niyyətindədi. Mane isə transfer siyahının ilk sırasında yer alır.

Mane 2022-ci ilin yayında “Bavariya”ya keçib və 2025-ci ilə qədər müqavilə imzalayıb.

Bu mövsüm o, 36 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43