Dünya futbolu

İtaliya klubu hücumçusuna 30 milyon qiymət qoydu

İtaliyanın “Salernitana” klubu hüçumcusu Bulaye Diaya qiymət bəlirləyib.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün əvvəlində “Vilyareal”dan icarə götürülən oyunçunun satınalma hüququ A Seriyası klubundadır. Rəhbərlik 12 milyon avro qarşılığında onunla müqavilə bağlayacaq.

Dianın cari mövsüm çıxışı ilə diqqətləri üzərinə çəkib. Bu səbəbdən də “Salernitana” hücumçunu 30 milyondan aşağı satmayacaq.

Yayda bir neçə klubun Dia ilə maraqlacağı bildirilir.  O, cari mövsüm komandasının heyətində 15 qol vurub və 6 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43