“Biz böyük komanda kimi oynadıq. Amma rəqibimiz sanki “Çelsi” yox “Stok Siti” idi.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri İngiltərə Premyer Liqasında “Mançester Siti”nin “Çelsi” ilə 1:1-lik bərabərliyindən sonra “şəhərlilər”in baş məşqçisi Manuel Pelleqrini deyib:
“90 dəqiqə ərzində “Çelsi” ancaq müdafiə olundu. Biz isə qələbə qazanmaq üçün hər şey etdik. 2 və ya 3 qol epizodu yaratdıq. Xüsusilə on nəfərlə qaldıqdan sonra qalib gəlmək üçün çalışdıq”