Kateqoriyasız

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qızıl top” mükafatını qazanacaq oyunçunun adını öncədən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, nəşr titulun  gözlənildiyi kimi Fransa millisinin və “Real”ın hücumçusu Kərim Benzemanın qazanacağını yazıb.

Məşhur qapıçı Lev Yaşinin adını daşıyan “İlin qapıçısı” nominasiyasının qalibi “Real”ın qapıçısı Tibo Kurtuanın olacağı bildirilib. “Barselona”nın yarımmüdafiəçisi Qavi isə ilin ən yaxşı gənc futbolçusu seçiləcək.

“Qızıl top” mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43