Kateqoriyasız

Marko Nikoliç: “Bizim ağ bayraq qaldırmaq fikrimiz yoxdur”

Avroliqanın pley-off mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan” klubunun baş məqçisi Marko Nikoliç Serbiya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis son günlər klubda baş verən hadisələrdən danışıb:

“Bəli, komandada problemlər var. Ancaq biz çıxış yolu tapmalıyıq. Qarşıda bizi vacib oyunlar gözləyir və bu matçlarda qələbə qazanmalıyıq. Komandada çox pis atmosfer yaranıb. Futbolçular maaşlarını ala bilmədikləri üçün məşqlərə çıxmırlar və onların etirazları davam edir. Bəzi futbolçular komandanı tərk etmək istəyirlər. Artıq Miladin Stepanoviçin komandadan ayrıldığını yazırlar. Bu barədə mətbuatdan oxuyuruq. O, çox təcrübəli futbolçudur, məşqlərini davam etdirməli və komandanın yanında olmalıdır. Bizim ağ bayraq qaldırmaq fikrimiz yoxdur. Komandamla fəxr edirəm. Biz heç bir futbolçunun komandadan getməsinə imkan verməməliyik. Ancaq klubun da bizim qarşımızda öhdəlikləri var və onlar bunu yerinə yetirməlidirlər. Əks təqdirdə “Neftçi” ilə oyunların heç bir əhəmiyyəti qalmayacaq”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43