Ölkə futbolu

“Matçın ölkəmizdə yayımlanmaması məni də üzdü” – Tahir Gözəl

“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl  Avropa Liqasının pley-off mərhələsində səfərdə Sloveniya “Olimpiya”sına 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, texniki problemlə əlaqədar Ağdam təmsilçisinin matçının Azərbaycanda yayımlanmamasına da münasibət bildirib: “Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43