Ölkə futbolu

“Böyük şans qazanan ilk biz olduq” – “Olimpiya”nın baş məşqçisi

Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi Joao Enrike “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis uduzmalarına baxmayaraq, bərabər səviyyədə mübarizə alındığını düşünür:

“Məyusuq, amma vəziyyəti bərabərləşdirməyə özümüzü inandırmışıq. Oyundan əvvəl dedik ki, fərdi və kollektiv keyfiyyətə malik kompakt komandaya qarşı oynayacağıq. Bunu matçda da gördük, amma detallar həlledici idi. Böyük şans qazanan ilk biz olduq. Bu səviyyədə səhvlər cəzalandırılır. Statistik göstəricilər bərabərdir, yeganə fərq nəticə ilə bağlıdır. Təcrübə çox yaxşı idi, amma hələ bitməyib”.

Enrike matçın bolqarıstanlı baş hakimi Georgi Kabakovdan narazı qalıb: “Hakimliklə bağlı bəxtimiz gətirmədi. Ədalətli deyildi, bizə vərəqələr verirdi, qonaqlarla daha ehtiyatlı davranırdı. Amma bu belədir, Avropada tanınmış komandalar daha çox qorunur. Bu da normaldır”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43