Kateqoriyasız

Mbilla Rahidə çatdı

Premyer Liqanın 18-ci turu “Xəzər Lənkəran” üçün növbəti dublla əlamətdar oldu. Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”la qarşılaşmada 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran”ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub. Bu isə yayda transfer olunan futbolçunun “ağ-yaşıllar”ın heyətində 3-cü dubludu.

Etame “Xəzər Lənkəran”dakı dubl sayında Rahid Əmirquliyev, İvan Svetkov, Allan Lalin və Edmond N’Tiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdu – 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.

Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdu. Hücumçu bu komandanın çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 qol vurmağı bacarıb.

Ümumilikdə “Xəzər Lənkəran”ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.

“Xəzər Lənkəran”da ən çox dubla imza atan futbolçular

1. Zaur Ramazanov – 8

2. Vüqar Nadirov – 5

3. Samir Əliyev – 4

4. Rahid Əmirquliyev – 3

5. İvan Svetkov – 3

6. Allan Lalin – 3

7. Edmond N’Tiamoa – 3

8. Etame Mbilla – 3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43