Kateqoriyasız

Əvəzolunmazlar: Nəzirov və Mirzəbəyov

Premyer Liqada 18-ci tur arxada qaldı və komandalar qış fasiləsinə yollandı.Arxada qalmış 2 dövrə ərzində “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov ümumilikdə 24 futbolçunun xidmətindən yararlanıb.

18 tur ərzində “Sumqayıt” FK-da ən çox forma geyinmiş futbolçuları – Anar Nəzirov və Məhəmməd Mirzəbəyovdur. Hər iki futbolçu 17 qarşılaşmada əvəzlənmədən meydanda olub (1530 dəqiqə). Bundan başqa, Aleksandr Çertoqanov (1493 dəqiqə) və Elşən Abdullayev də (1393 dəqiqə) 17 görüşdə iştirak edib.

“Sumqayıt” Futbol Klubu arxada qalan 18 tur ərzibndə 1 qələbə, 4 heç-heçə və 13 məğlubiyyətə imza atıb.

Komanda bu qarşılaşmalarda 11 qol vurub və qapısından 32 top buraxıb.Klubun ən sərrast futbolçusu 3 qola imza atan Pərdis Fərcad-Azaddır. Digər 8 qol isə Vüqar Əsgərov (2), Elşən Abdullayev, Ruslan Qurbanov (1/1), Orxan Əliyev, Ruslan Nəsirli və Nurlan Novruzovun aktivindədir. Bir qol isə avtoqol sayəsində qeydə alınıb.

Anar Nəzirov – 17 (1530 dəqiqə)

Məhəmməd Mirzəbəyov – 17 (1530)

Aleksandr Çertoqanov – 17 (1493)

Elşən Abdullayev – 17 (1393)

Adil İbrahimov – 15 (1266)

Nurlan Novruzov – 15 (1134)

Slavik Alxasov – 14 (1209)

Ruslan Qurbanov – 14 (1014)

Aqşin Muxtaroğlu – 14 (872)

Pərdis Fərcad-Azad – 13 (1043)

Samir Abasov – 12 (841)

Vüqar Əsgərov – 12 (792)

Vurğun Hüseynov – 11 (855)

Orxan Əliyev – 9 (611)

Kərim Diniyev – 9 (519)

Mirzağa Hüseynpur – 8 (432)

Bəxtiyar Həsən-Alızadə – 7 (579)

Nodar Məmmədov – 6 (330)

Ruslan Nəsirli – 6 (159)

Zaur Həşimov – 2 (36)

Elçin Sadıqov – 1 (45)

Tərlan Əhmədli – 1 (45)

Sabir Allahquliyev – 1 (27)

Bayram Nuruzadə – 1 (6)

Vurulmuş qollar: Pərdis Fərcad-Azad (3 qol), Vüqar Əsgərov (2), Elşən Abdullayev, Ruslan Qurbanov (1/1), Orxan Əliyev, Ruslan Nəsirli, Nurlan Novruzov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43