16 Sentyabr 2024
Kateqoriyasız

Media nümayəndələri arasında “I Sibris” kuboku başlayır

Media nümayəndələri arasıda çimərlik futbolu üzrə “I Sibriz” (“Sea Breeze Resort”) kuboku turniri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, “Sibris” otel və Çimərlik Futbol Federasiyasının birgə təşkil etdiyi turnir iyunun 14-ü start götürəcək. Bu gün isə “Sibriz” oteldə turnirin püşkatması keçirilib. 8 komandanın çıxış edəcəyi turnirdə hərəsində 4 komanda olmaqla iştirakçılar 2 qrupda mübarizə aparacaq. A qrupunda birinci yeri tutan komanda B qrupunda ikinci olanla yarımfinalda mübarizə aparacaq. B-də birinci olan isə A-da ikinciylə final üçün vuruşacaq.

Turnirdəki qrupları və təqvimi təqdim edirik:

A qrupu

1. Hakimlər

2.  Olimp Sport jurnalı

3. Stadium.az saytı

4. İctimai TV

I tur, 14 iyun

17:00. Stadium.az – İctimai TV

18:00. Hakimlər – Olimp Sport

II tur 21 iyun

17:00. Hakimlər – İctimai TV

18:00. Stadium.az – Olimp Sport

III tur, 28 iyun

17:00. Olimp Sport – İctimai TV

18:00. Hakimlər – Stadium.az

B qrupu

1. Sportmedia.az

2. İdmanxeber.com

3. Futbolxeber.az

4. Olimpiya.az

I tur, 15 iyun

17:00.  Sportmedia.az – İdmanxeber.com

18:00. Olimpiya.az – Futbolxeber.az

II tur, 22 iyun

17:00. İdmanxeber.com – Futbolxeber.az

18:00. Sportmedia.az – Olimpiya.az

III tur, 29 iyun

17:00.  Sportmedia.az – Futbolxeber.az

18:00. Olimpiya.az – İdmanxeber.com

5 iyul

Yarımfinal oyunları

A1 – B2

B1 – A2

6 iyul

III yer uğrunda oyun

FİNAL


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43