Dünyadan

“Çelsi” “Barselona”nın ulduz futbolçusunu rəsmən transfer etdi

İngiltərənin “Çelsi” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “zadəganlar” “Barselona”dan Ses Fabreqasın keçidini rəsmiləşdirib.

İspaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fabreqas “Barselona” forması ilə ötən mövsüm 55 oyunda meydana çıxıb və 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43