Kateqoriyasız

Melonu təhqir etmesi Volkana baha başa gəldi

Türkiyə Futbol Federiyasının İntizam Komitəsi “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəli Superkubok oyununda baş vermiş olaylara görə cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”la Türkiyə superkuboku matçından sonra rəqib futbolçu Felipe Melonu təhqir etdiyi üçün Volkan 3 oyunluq cəza və 17 min 500 türk lirəsi məbləğində də cərimələnib.

Qey edək ki, həmin matçda baş verən hadisələrə görə “Qalatasaray” 250 min, “Fənərbaxça” isə 120 min türk lirəsi cərimə ödəməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43