İdman

Mərhələ keçilməz oldu, ancaq…

Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi  dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Proqres”inə 1:0, “Keşlə”nin  Malta “Baltsan”ına 2:1 hesabı ilə qalib gəlməsi  Azərbaycanın hesabına 0.500 xal gətirib.

Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək  Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43