“İnter”in canlı əfsanələrindən olan Xavier Zanetti mövsümün sonunda karyerasını bitirəcəyini bildirib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Milan təmsilçisinin sahibi Erik Toxir klubun rəsmi saytına açıqlamasında deyib:
Belə ki, 1995-ci ildən bu yana “İnter”in şərəfini qoruyan Zanetti komandanın menecment heyətinə daxil olacaq.