Dünya futbolu

Messi barəsində həbs qərarı qüvvədə qaldı

İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.

Buna baxmayaraq, argentinalı futbolçu həbsdə yatmayacaq. Belə ki, İspaniyada 2 ildən az həbs cəzası alanların nəzarət edilməklə azadlıqda qalması mümkün olduğundan Messi bundan yararlanacaq.

Qeyd edək ki, Messi 2007, 2008, 2009-cu illərdə toplam 3,5 milyon avro vergidən yayınmaqda günahlandırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43