29 Sentyabr 2024
Dünya futbolu

“Messi dünyada hər kəs üçün çox şey deməkdir” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin yeni transferi Enzo Fernandes Argentina millisinin dünya çempionu olmasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun yeni oyunçusu Lionel Messi ilə oynamasından danışıb. O, udluzfutbolçudan çox şey öyrəndiyini açıqlayıb:

“Düzdür, ilk oyun gözlədiyimiz kimi olmadı, istədiyimiz nəticəni əldə edə bilmədik. Amma istənilən halda biz sakit, diqqətli və komanda şəklində yolumuza davam etməyə qərar verdik. Xoşbəxtlikdən biz dünya çempionu olduq və bu, həqiqətən qiymətsizdir.

Həmişə demişəm ki, Leo Messi mənim çox bəyəndiyim oyunçudur. Mən həmişə ondan öyrənməyə çalışmışam. O, böyük insandır və komandada mənə çox dəstək verirdi. Çox təvazökar və çalışqandır. Messi futbolda əldə etdiyi hər şeyə layiqdir.

Yadımdadır, komanda ilə çətin günlər keçirirdik və mətbuatda Leonu çox tənqid edirdilər. Onun haqqında hisslərimi izah etməyə çalışdım. Daha komandada oynamayacağını dediyi zaman ondan qalmasını xahiş etdim. Onu qorumuşdum ki, bizdə qalsın, komandada oynasın. Onda mən çox gənc idim.

Messi dünyada hər kəs üçün çox şey deməkdir. O, Argentinanın əfsanəsidir. Sevimli insandır, bütün argentinalı uşaqların kumiridir. Bir şəxs kimi ondan heç bir şikayətim yoxdur. Leo mənə həmişə böyük sevgi bəxş edib. O, həmişə mənə hörmət edirdi və hər cəhətdən əla komanda yoldaşı idi. Onunla oynadığım üçün çox şanlıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43