Dünya futbolu

“Şükür ki, üç gündən bir “Real”la oynamırıq” – Klopp

Yurgen Klopp Çempionlar Liqasının 1\8 final mərhələsindəki “Real” oyunu (2:5) barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis doğma meydanda ağır məğlubiyyət aldıqlarını bildirib. O, komandasının hesabda önə keçməsinə baxmayaraq, uduzmasını belə şərh edib:

“Bilmirəm, bu günə qədər neçə oyunlarımıza baxmısınız. Daha yaxşı çıxış etdiyimiz vaxtlar olub. Hər rəqiblə bacarmağa çalışmalıyıq. “Real” dünyanın ən yaxşı komandalarından biridir. Allaha şükür ki, üç gündən bir onlarla oynamırıq.

Elə vaxtlar olur ki, təkmilləşmək lazımdır. Hətta bu oyunda biz topla daha sakit hərəkət edə bilərdik. “Real”a qarşı müdafiə olunmaq çox çətin idi. Hesab 2:0 olandan sonra müdafiə olunmalıydıq. Düşündüyünüzdən daha ağırdı. Biz ancaq hücum barədə fikirləşirik. Bəli, biz belə oyuna öyrəşmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43