21 Sentyabr 2024
Dünya futbolu

Messi karyerası ilə bağlı qərarını verib

PSJ-nin hücumçusu Lionel Messi karyerasını Avropada davam etdirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “TyC Sports” nəşri xəbər yayıb. Bildirilir ki, argentinalı karyerasını Avropada davam etdirmək niyyətindədir.

Buna səbəb isə Çempionlar Liqası və “Qızıl top” mükafatıdır. Messinin hələ də bu titulları qazanmaq arzusu olduğu vurğulanıb.

Bir müddət öncə onun Amerikaya gedəcəyi ilə bağlı çıxan iddialar isə əsassız adlandırılıb. Xəbərdə Messinin Avropada yalnız PSJ və “Barselona” klublarında forma geyinə biləcəyi qeyd edilib.

Bu mövsüm argentinalı PSJ-nin heyətində bütün turnirlərdə 27 oyunda 16 qol vurub və 14 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43