Dünyadan

Messi müəmması davam edir: Qalır, yoxsa gedir?

“Barselona”da Lionel Messi düyünü hələ ki, çözülmür.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun ulduz futbolçusu qalıb-qalmaması yönündə danışmaq istəmədiyini, lakin onun haqda klubdan çox pul istəməsi kimi xəbərlərin yalan olduğunu dilə gətirib:

“Mən klubdan çox maaş istəməmişəm. Bu yalan informasiyadı. Diqqətimi çempionat oyunlarına yönəltmişəm. İndiki vəziyyətdə çempion olmaq şansımız yüksəkdir. İnanıram ki, sonda çempion biz olacağıq”.

Qeyd edək ki, İspaniya mətbuatında Messinin klub rəhbərliyində 4 ilə 400 milyon avro tələb etdiyi iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43